Zamiq oynadı, komandası məğlub oldu
28.09.2024 - 01:10

Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, həmyerlimiz Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” da növbəti matçına çıxıb.
Komanda “Partizani”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib - 2:0.
Əliyev 90 dəqiqə meydanda olub. O, matçın 56-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Eqnatiya" 11 xalla turnir cədvəlində üçüncüdür.
0
0