Zieş “Çelsi”dən gedir
25.06.2022 - 10:46

“Çelsi”nin futbolçusu Hakim Zieş İngiltərə klubundan ayrılmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, mərakeşli yarımmüdafiəçi kifayət qədər oyun praktikası qazanmamağından narazıdır.
Hakim agentlərinə klub tapmaq tapşırığı verib. Artıq onun xidmətləri “Milan”a təklif olunub.
İtaliya klubu ilə danışıqlar aparılır. Futbolçunun transfer qiyməti 28 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Zieş 2020-ci ilin yayında “Ayaks”dan 40 milyona transfer olunub.
- Alonso "Real"a qayıtmağa yaxındır
- Vüqar Nadirov: “Qarabağ”ın hazırkı heyəti Çempionlar Liqası üçün yetərli deyil” - Müsahibə
- “Turan Tovuz” Kamerun millisinin sabiq futbolçusunu bəyənmədi
- Daha bir parataekvondoçumuz beynəlxalq turnirin finalına yüksəlib
- "Neftçi" kapitanla yeni müqavilənin detallarını açıqladı
0
0