“Zirə”də portuqaliyalı qapıçı
19.07.2023 - 23:07

“Zirə” heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı qolkiper Tiaqo Silva ilə 2+1 illik müqavilə imzalanıb. 23 yaşlı qapıçı ölkəsində “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, Silva son mövsümdə Portuqaliyanın 2-ci liqasında 20 oyunda meydana çıxıb.
0
0