“Zirə”nin ilk rəqibi açıqlandı
12.07.2023 - 14:20

Yeni mövsümə hazırlığı davam etdirən “Zirə”nin yoxlama oyunlarındakı ilk rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu iyulun 14-də keçirəcək. Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın digər klubu “Kəpəz”lə qarşılaşacaq.
Qeyd edək ki, Zirə İdman Kompleksində baş tutacaq oyun saat 19:00-da start götürəcək.
0
0