ABL: XII tura bu gün start veriləcək
21.01.2025 - 09:56

Azərbaycan Basketbol Liqasında XII tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Sərhədçi" "Abşeron" ilə üz-üzə gələcək.
A qrupunun oyunu saat 19:00-da, "Sərhədçi" İdman Mərkəzində start götürəcək. "Abşeron" 15 xalla beşinci, "Sərhədçi" 16 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq.
0
0