Paris-2024: Basketbol yığmamız qrupda son matçına çıxıb
03.08.2024 - 20:07

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtında son qrup matçına çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız bu dəfə Kanada yığması ilə üz-üzə gəlib.
Görüş komandamızın 19:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, qızlarımız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə məğlub olub, ABŞ yığmasına 20:17 və Çinə isə 21:19 hesabı ilə qalib gəlib.
0
0