
Moskva “Lokomotiv”inin əfsanəvi baş məşqçisi Yuri Syomin Argentina ilə İtaliya arasında keçirilən Finalissima barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin sabiq çalışdırıcısı Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsinə heyran qaldığını bildirib.
Rusiyalı mütəxəssisin fikrincə, argentinalılar bu ilin sonunda Qətərdə baş tutacaq dünya çempionatının favoritlərindən olacaq: “Bu, çox ciddi matç idi. Argentinanın oyununu çox bəyəndim. Fikrimcə, onlar dünya çempionatında qələbəyə iddialı olacaqlar və çempion ola bilərlər”.
Qeyd edək ki, dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək.