UEFA-dan qalmaqallı paylaşım
17.05.2023 - 23:10

UEFA-nın tvitter səhifəsi Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edib.
Apasport.az xəbər verir ki, paylaşımda turnirin finalında “Real” – “İnter” matçına uduşlu biletlərin anonsu verilib.
Paylaşımda “Finalçılar bəllidir və səhnə hazırdır” fikirləri yer alıb. Amma tezliklə tvit hesabdan silinib.
Qeyd edək ki, “İnter” ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müyyənləşməyib.
0
0