Ferstappendən ardıcıl üçüncü qələbə
04.06.2023 - 18:47

Maks Ferstappen Formula-1 üzrə Barselona Qran-Prisinin qalibi olub.
Apasport.az-ın məlumatına görə, “Mersedes” pilotları sıralamada növbəti yerləri tutublar.
“Red Bull”un niderlandlı sürücüsü ardıcıl üçüncü dəfə finiş xəttini birinci keçib. O, mövsümdə isə 5-ci, karyerasında isə 40-cı qələbəsini qazanıb. Digər iki yarışda isə Serxio Peres qalib olub.
Bu qələbədən sonra Ferstappen xallarının sayını 170-ə çatdırıb. O, ən yaxın izləyicisi, komanda yoldaşı Serxio Peresi 53 xal qabaqlayır.
Qeyd edək ki, növbəti iki Qran-Pri həftə sonra Kanadada təşkil olunacaq.
0
0