“Fənər” Alanya səfərindən 3 xalla qayıdır
09.02.2025 - 19:11

Türkiyə Super Liqasında XXIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Kasımpaşa” doğma meydanda “Rizespor”u qonaq edib.
Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Turun digər matçında isə “Fənərbaxça” “Alanyaspor”la üz-üzə gəlib.
Oyunun taleyini ilk hissədə vurulan iki qol həll edib.
“Sarı-lacivərdlilər” səfərdə 2:0 hesablı qələbəyə seviniblər.
Türkiyə Super Liqası
XXIII tur
14:30. “Kasımpaşa” – “Rizespor” – 3:2
17:00. “Alanyaspor” – “Fənərbaxça” – 0:2
0
0