Alaba müalicəsini vətənində davam etdirəcək
26.01.2024 - 17:51

David Alaba Avstriyaya gedib.
Apasport.az xəbər verir ki, dizindən aldığı zədəni sağaltmaqla məşğul olan “Real”ın müdafiəçisi vətəninə qayıdıb.
Klub həkimlərinin icazəsi ilə evinə geri dönən 32 yaşlı futbolçu bərpa prosesini ölkəsində davam etdirəcək.
Mərkəz müdafiəçisi fevralın ortalarına qədər Avstriyada qalacaq. Alabanın iyun-iyul aylarında Madridə geri dönəcəyi bildirilir.
Qeyd edək ki, 2021-ci ilin yayından “Real”ın şərəfini qoruyan Avstriya millisinin üzvü bu mövsüm La Liqa və Çempionlar Liqasında 17 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə fərqlənib.
- Azərbaycanlı hakimlər AVRO-2026 matçına təyinat aldılar
- "Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO
- Ən yaxşı braziliyalı futbolçu müəyyənləşdi
- Taekvondoçularımız Avropa çempionatında mübarizə aparacaq - HEYƏT
- Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqladı
0
0