Disasi İstanbul nəhənginin hədəfində
03.01.2025 - 19:53

“Çelsi”nin müdafiəçisi Aksel Disasi komandanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolçunun xidmətində “Fənərbaxça” maraqlıdır. İstanbul klubu keçidi qışda reallaşdırmaq niyyətindədir.
“Sarı-lacıvərdlilər”in baş məşqçisi Joze Mourinyo transferi şəxsən istəyir.
Qeyd edək ki, Aksel Disasi “Çelsi”yə “Monako”dan keçib.
0
0