Dünya çempionatının kuboku təqdim olunub
14.11.2024 - 23:23

FİFA klublararası dünya çempionatının kuboku nümayiş etdirilib.
Apasport.az xəbər verir ki, kubok məşhur zərgərlik şirkəti "Tiffany & Co." tərəfindən hazırlanıb.
ABŞ-ın evsahibliyi edəcəyi turnir yeni formatda keçiriləcək. 32 komandanın 8 qrupda yer alacağı çempionat iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək.
Qeyd edək ki, mundialın püşkatması dekabrın 5-də təşkil olunacaq.
0
0