Fransadakı vəzifəsini itirən şəxsə FIFA-da vəzifəyə təyin olundu
01.03.2023 - 22:52

Ötən gün Fransa Futbol Federasiyasının (FFF) prezidenti vəzifəsindən istefa verən Noel Le Qre FIFA-nın Paris ofisinə rəhbər təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə FFF-nin İcraiyyə Komitəsinin üzvü Erik Borqini bildirib.
Xatırladaq ki, Noel Le Qre 11 il Fransa Futbol Federasiyasının prezidenti vəzifəsində işləyib.
0
0