
“Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında problemlər bitmək bilmir.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard indi də klub rəhbərliyini məsələyə qatıb.
İkardinin PSJ-dən “Qalatasaray”a icarəyə verilməsinə vasitəçilik edən Nara keçid baş tutduqdan sonra ondan ayrılıb. Ancaq “cim-bom” bu transferə görə Vandaya 1 milyon avro menecerlik haqqı ödəməlidir.
İkardi rəhbərliklə görüşərək, artıq Naranın meneceri olmadığını bildirib və həmin pulu ona verməməsini istəyib. Yalnız bundan sonra “sarı-qırmızılılar” Vanda Naraya verdiyi çeki bloklayıb.
Qeyd edək i, Mauro İkardinin “Qalatasaray”la icarə müddəti mövsümün sonuna qədərdir.