Jirudan milli ilə bağlı qərar
05.12.2023 - 18:22

“Milan”ın və Fransa yığmasının futbolçusu Olivye Jiru milli karyerasını başa vura bilər.
Apasport.az xəbər verir ki, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.
O bildirib ki, Fransa AVRO-2024-də çempion olsa yığmadan gedəcək. Jiru Fransa millisində 129 oyun keçirib, 56 qol vurub və 16 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
0
0