“Mançester Yunayted”in məşqçisi diskvalifikasiya olunub
09.11.2024 - 12:51

Premyer Liqa təmsilçilərindən “Mançester Yunayted”in məşqçisi Darren Fletçer cəzalanıb.
Apasport.az xəbər verir ki, İngiltərə Futbol Assoisasiyası mütəxəssisi Premyer Liqanın VIII turunun “Brentford”la oyununda hakimlərə aqresiv davranışı səbəbindən 7500 funt-sterlinq cərimə edib. Fletçer eyni zamanda üç oyunluq diskvalifikasiya olunub.
Görüşün nümayəndəsinin protokolundan Fletçerin referiləri təhqir etdiyi qeyd olunsa da, mütəxəssis bunu inkar edib.
Qeyd edək ki, “Mançester Yunayted” “Brentford”u 2:1 hesabıyla məğlub edib.
0
0