Kasemironun peşmançılığı
23.10.2023 - 19:36

Braziliyalı futbolçu Karlos Kazemiro “Mançester Yunayted”ə keçidinə peşman olub.
Apasport.az xəbər verir ki, bunu cənubi amerikalı yarımmüdafiəçinin özü açıqlayıb.
O, Premyer Liqa təmsilçisinin əsas transfer hədəfi olmadığı üçün üzülüb: “Mançesterlilərin əsas transfer planı “Benfika”nın yarımmüdafiəçisi Joao Nevesi komandaya cəlb etmək olub”.
Qeyd edək ki, 2022-ci ildən İngiltərə təmsilçisinin heyətində çıxış edən 31 yaşlı mərkəz yarımmüdafiəçisi çıxdığı 36 matçda 5 qol vurub.
0
0