“Kral klubu”nda “100”ü fəth edənlər – Ronaldoya 1 oyun qaldı
11.09.2022 - 12:46

Çempionlar Liqasının 14 qat qalibi “Real”ın daha bir oyunçusu turnirdə 100 oyun səddini fəth edib.
Apasport.az saytının məlumatına görə, Luka Modriç Madrid təmsilçisinin heyətində qitənin ən nüfuzlu klub turnirində 100-cü matçına çıxıb.
Luka “Kral klubu”nun tarixində bunu bacaran 8-ci futbolçudur. Xorvatiyalıya qədər “Real”ın yeddi üzvü 100 və daha çox görüşdə iştirak edib.
1. İker Kasilyas - 150
2. Raul - 130
3. Serxio Ramos - 129
4. Kərim Benzema - 123
5. Roberto Karlos - 107
6. Marselo - 102
7. Kriştiano Ronaldo - 101
8. Luka Modriç - 100
0
0