Kurtua “Barselona” ilə duelə hazırdır
30.03.2023 - 10:44

“Real”ın qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
Apasport.az saytı xəbər verir ki, 30 yaşlı qapıçı artıq Madrid təmsilçisində komanda ilə məşqlərə qoşulub.
Kurtuanın aprelin 5-də "Barselona" ilə Kral Kuboku matçında oynayacağı gözlənilir.
Qeyd edək ki, təcrübəli qapıçı Belçika millisinin düşərgəsində bud nahiyəsindən zədə almışdı.
0
0