Londonda 5 azarkeş həbs olundu
08.09.2022 - 14:35

Çempionlar Liqasının “Tottenhem” – “Marsel” oyunu zamanı baş verən insidentin iştirakçıları həbs olunub.
Apasport.az saytının məlumatına görə, London polisi 5 azarkeşi saxlayıb.
Onlar odlu silahdan istifadə, xuliqanlıq, dava-dalaş, narkotikdən və həddən artıq alkoqoldan istifadədə ittiham olunur. Fanatların hamısı “Marsel” tərəfdarlarıdır. Əməliyyat zamanı bir polis zabiti yaralanıb. Onun əlinin sındığı bildirilir.
Qeyd edək ki, “Tottenhem” ev oyununda 2:0 hesabı ilə qalib gəlib.
0
0