Mançini İtaliya yığması ilə vidalaşdı
13.08.2023 - 17:07

Roberto Mançini İtaliya yığmasının baş məşqçisi vəzifəsini tərk edib.
Apasport.az saytı xəbər verir ki, bu barədə İtaliya Futbol Federesiyası məlumat yayıb.
Tərəflər qarşılıqlı şəkildə əməkdaşlığa son veriblər. İtaliya yığması 2021-ci ildə Mançininin rəhbərliyi ilə Avropa çempionatının qalibi olmuşdu. Əvəzində “Skaudra Adzurra” pley-offda Şimali Makedoniyaya uduzaraq, dünya çempionatında iştirak etmək hüququnu itirmişdi.
Qeyd edək ki, İtaliya komandası AVRO-2024-ün seçmə mərhələsində iki oyundan sonra 3 xal toplayıb.
0
0