Sabiq "Fənərbaxça"lı klubsuz qalıb
26.11.2023 - 10:32

“Fənərbaxça” və Almaniya millisinin sabiq üzvü Maks Kruze klubsuz qalıb.
Apasport.az “Bild”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Paderborn”la yollarını qarşılıqlı razılaşma əsasında ayırıb. O, adıçəkilən klubda 5 ay idi ki, oynayırdı.
Kruze “Verder”, “Sankt-Pauli”, “Frayburq”, “Borussiya”(Münhenqladbax), “Volfsburq”, “Fənərbaxça”, “Union Berlin” klublarında çıxış edib.
Artıq almaniyalının aktiv futbolçu karyerasını başa vuracağı gözlənilir.
0
0