“Torino”da yeni müqavilə
02.01.2025 - 18:58

"Torino" Samuele Riççi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Torino" Riççini 2022-ci ildə transfer edib.
0
0