Türkiyə klublarını çalışdıran mütəxəssis "Ayaks"da - Rəsmi
24.05.2024 - 10:57

"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam klubunu Françesko Farioli çalışdıracaq. 35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, italiyalı məşqçinin sonuncu iş yeri Fransa təmsilçisi "Nitsa" olub. O, daha əvvəl Türkiyənin "Alanyaspor" və "Fatih Karagümrük" klublarında da çalışıb.
0
0