“Araz-Naxçıvan” “Sumqayıt”a şans tanımadı
07.09.2024 - 22:23

Premyer Liqa klubları bu gün yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, milli fasilə ilə əlaqədar yaranan fasilədə "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşıb.
"Kapital Bank Arena"da baş tutan matç "qırmızı-ağlar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Premyer Liqada fasilə sentyabrın 13-də yekunlaşacaq.
0
0