“Neftçi” yoxlama matçında məğlub oldu
06.01.2024 - 20:08

“Neftçi” ilk yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan komanda “Ərzurumspor” ilə qarşılaşıb.
Görüş Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. "Neftçi"nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev hesabı açıb.
Qeyd edək ki, "ağ-qaralar" yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək. Lakin hələ ki, rəqib müəyyənləşməyib.
0
0