“Kəpəz”dən növbəti transfer
10.09.2024 - 19:45

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Sarı-göylər" Valdemar Almeydanı rənglərinə bağlayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Pana" ləqəbli futbolçunun son klubu "Səbail" olub.
0
0