"Vilyarreal" 3-cü divizion komandasına məğlub oldu
08.01.2024 - 22:09

"Vilyarreal" İspaniya Kral Kubokunda mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, "sarı sualtılar" səfərdə "Unionistas"a məğlub olub.
Əsas və əlavə vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə 3-cü divizion komandası daha dəqiq olub - 7:6.
Qeyd edək ki, görüş dünən işıqlandırma problemi səbəbindən təxirə salınmışdı.
0
0