AFFA bu klubları cərimələdi
28.02.2025 - 12:30
AFFA bu klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

21 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasına 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilsin (maddə 70.1);

23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasına 4 nəfər vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 37);