"Bayer"i "Bavariya" da saxlaya bilmədi - VİDEO
11.02.2024 - 11:57

Almaniya Bundesliqasında 21-ci turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Bayer”(Leverkuzen) “Bavariya” ilə qarşılaşıb.
Leverkuzen təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv 55 xalla liderdir. “Bavariya”nın aktivində 50 xal var.
"Bayer" - "Bavariya" 3:0
Qollar: C.Stanişiç, 18, A.Qrimaldo, 50, C.Frimponq, 90+5
0
0