Mbappe Anrini qabaqlayıb
23.01.2025 - 10:14

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Real Madrid" bu mərhələdə "Zalsburq"u darmadağın edib - 5:1.
Madrid klubunun futbolçusu Kilian Mbappe matçın 48-ci dəqiqəsində fərqlənib.
Çempionlar Liqasında 75 oyuna çıxan fransız turnirdə qollarının sayını 51-ə çatdırıb. Mbappe bu göstəricidə Tyeri Anrini geridə qoyub.
Beləliklə, o, Çempionlar Liqasında ən çox qol vuran fransız ünvanına sahib olub.
0
0