Messi və Suarez cəzalandırıldı
26.02.2025 - 16:29
Messi və Suarez cəzalandırıldı

MLS İntizam Komitəsi “İnter Mayami”nin ulduzları Lionel Messi və Luiz Suarezi cəzalandırıb.

Apasport.az xəbər verir ki, hər iki oyunçuya elitanın ilk turunda “Nyu York Siti” ilə matçda davranış qaydalarını pozduqlarına görə pul cəzası verilib.

Luis Suarez və Messi niyə cəzalandırıldı?

Buna, cənubi amerikalı ulduzların qarşılıqlı mübarizə zamanı rəqibin boyun nahiyəsindən boyun nahiyəsindən tutaraq çəkməsi səbəb olub.

Lionel Messi və Suarezin cəza məbləği nə qədərdir?

İntizam komitəsi rəsmi cəza məbləğinin miqdarını açıqlamayıb.

Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.