"Siti" yeni qapıçı alacaq
26.02.2025 - 16:16
"Siti" yeni qapıçı alacaq

Kosta "Siti" yolunda

Premyer Liqa təmsilçilərindən "Mançester Siti" yeni qapıçı almaq qərarına gəlib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" "Portu" və Portuqaliya millisinin qapıçısı Dioqo Kosta ilə maraqlanır.

25 yaşlı portuqaliyalı Edersonun əvəzləyicisi kimi görünür.

Dioqo Kostanın transfer dəyəri

Dioqonun potensial transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.

Kosta cari mövsümdəki statistikası

Portuqaliya çempionatının cari mövsümündə qapıçı 23 oyun keçirib və bu oyunda 19 qol buraxıb. 12 matçda isə qapısını toxunulmaz saxlayıb.