Türkiyə millisinin 2 futbolçusu Niderlandla matçı buraxacaq
03.07.2024 - 11:57

AVRO-2024-ün 1/8 final mərhələsində Türkiyə millisi Avstriyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəasiqə qazanıb.
Apasport.az xəbər verir ki, bu qarşılaşmada Türkiyənin 2 futbolçusu cəzalı duruma düşüb.
"Ay-ulduzlar"ın gənc istedadları Orkun Kökçü və İsmail Yüksek Niderland ilə matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə-Niderland matçı iyulun 6-sı Bakı vaxtilə saat 23:00-da keçiriləcək.
0
0