
AVRO-2024-də Türkiyəni təmsil edən yeganə hakim Halil Umut Melerin idarə edəcəyi ilk matç bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Halil Umut Meler AVRO-2024 E qrupunda Belçika - Slovakiya matçında start fitini səsləndirəcək.
UEFA-nın açıqlamasına görə, Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi Hollandiya Futbol Federasiyasından Serdar Gözübüyük olacaq . Qarşılaşmada alman Bastian Dankert VAR, Alper Ulusoy və alman Marko Fritz isə AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Belçika - Slovakiya oyunu 17 iyun bazar ertəsi saat 19.00-da oynanılacaq.