
Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Slovakiya- İngiltərə oyununda bərabərlik qoluna imza atan Bellingemin qol sevinci UEFA-nın araşdırma başlatmasına səbəb olub.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçuya müdafiəsini hazırlamaq üçün 3 gün vaxt verib.
Cud Bellingemin qoldan sonra etdiyi hərəkət nizam-intizam qaydalarına zidd hesab edildiyi üçün 1 iyuldan etibarən məsələ UEFA tərəfindən nəzarətə götürülüb. Qurum ingilis futbolçuya bildiriş göndərərək 3 gün içərisində müdafiə üçün hazırlaşmağı tapşırıb.
UEFA qərarını Bellingem özünü müdafiə etdikdən sonra açıqlayacaq.
Qeyd edək ki, İngiltərə millisi Avropa Çempionatında növbəti oyununu iyulun 6-da İsveçrəyə qarşı keçirəcək.