Azər Bağırov istefa verdi
06.04.2024 - 17:09

Azərbaycan Premyer Liqasında daha bir baş məşqçi ayrılığı baş tutub.
Apasport.az xəbər verir ki, "Araz-Naxçıvan"ın çalışdırıcısı Azər Bağırov istefa verib.
Klubun mətbuat xidmətindən saytımıza daxil olan məlumata görə, 39 yaşlı baş məşqçinin klubdan ayrılması hələ rəsmiləşməyib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında birinci divizionda çempion olub. Komanda Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşır.
0
0