
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da “Maqdeburq” - “Dinamo” matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Kanvon” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanştadt” - “Neftçi” qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.
10 yanvar
15:00. “Novi Pazar” (Serbiya) – “Kanvon” U-23 (Cənubi Koreya)
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Kərim Zeynalov.
16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Tərlan Talıbzadə.
11 yanvar
16:00. “Hermanştadt” (Rumıniya) – “Neftçi” (Fərqanə, Özbəkistan)
Hakimlər: Kamran Əliyev, Şirmamed Mamedov, Gülnurə Əkbərzadə.
Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın “Universitatya" (Kluj) və Cənubi Koreyanın “Kanvon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA