
“Sofascore” portalı UEFA Millətlər Liqasının Azərbaycan – Slovakiya oyununda (1:3) komandaların performansını dəyərləndirib.
Apasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin ümumi çıxışı 6,57 xalla qiymətləndirilib. Qalib Slovakiyanın performansı isə 6,98 balla dəyərləndirilib.
Matçın ən zəif oyunçusu millimizin hücumçusu Mahir Emreli olub. Forvardın ikinci hissədə qırmızı vərəqə alması balın aşağı düşməsinə (5,7) səbəb olub. Qapıçı Mehdi Cənnətovun performansı isə 5,8 balla dəyərləndirilib.
Millinin yeganə qolunun ötürməsini edən Ramil Şeydayev isə yığmada ən yüksək qiyməti alıb – 7,4.
Slovakiya millisində isə müdafiəçi Milan Şkrinyarın çıxışı yüksək dəyərləndirilib – 7,4.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA