ABL: XV tura yekun vurulacaq
01.03.2025 - 09:23

Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, sonuncu oyun günündə 1 qarşılaşma keçiriləcək.
"Şəki" saat 14:00-da, doğma meydanda "Lənkəran"ı qəbul edəcək.
Qeyd edək ki, "Şəki" B qrupunda 24 xalla 3-cü, qonaqlar isə 17 xalla sonuncu - altıncıdır.
0
0