Yüksək Liqada növbəti turun matçları keçiriləcək
01.03.2025 - 10:57
Yüksək Liqada növbəti turun matçları keçiriləcək

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək.

Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində XIII turun matçında "Gənclər" "Murov Az Terminal"la üz-üzə gələcək.

Sumqayıt Olimpiya Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Ötən gün açılış qarşılaşmasında "Neftçi" MOİK-i məğlub edib 3:0.

Qadınların yarışında isə XIV tura "Gəncə" - UNEC oyunu ilə start veriləcək. UNEC Voleybol Klubunun idman zalındakı matç saat 14:30-da olacaq.