AVF rəsmisi Çempionlar Liqası matçında
23.09.2024 - 22:45

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunun oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, “Olimpiakos” (Yunanıstan) - “Strumitsa” (Makedoniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Sentyabrın 24-də Yunanıstanın Pirey şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.
0
0