Cəmi 3 ay komandada qaldı: "Fənər"in oyunçusu klubu tərk etdi
31.01.2025 - 17:35

“Fənərbaxça”nın basketbol üzrə kişilərdən ibarət komandasında ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, “Fənərbaxça Beko” Skayler Maysla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı basketbolçu “sarı-lacivərdlilər”ə 3 ay öncə qoşulmuşdu.
Qeyd edək ki, “Fənərbaxça” daxili çempionatda 15 qələbə, 1 məğlubiyyətlə turnir cədvəlinin ən üst pilləsində qərarlaşıb.
0
0