Çempionlar Liqası: "Sabah" mübarizəyə başlayır
17.09.2024 - 09:17

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında bu gün mübarizəyə start verəcək.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək.
Bu raundun 1/4 final görüşü Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
0
0