Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
11.04.2024 - 12:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında komandalar 18 qol vurub.
Apasport.az "OptaJoe" portalına istinadla xəbər verir ki, bu göstərici 2010/2011 mövsümündə turnirin 1/4 final mərhələsində müəyyən edilmiş performans rekordunu təkrarlayıb.
Aprelin 9-da "Real Madrid" və "Mançester Siti" komandaları matçı məhsuldar heç-heçə ilə başa vurublar- 3:3. Günün digər oyununda "Arsenal" "Bavariya" ilə bərabərə qalıb - 2:2.
Aprelin 10-da "Barselona" səfərdə PSJ-ni (3:2), "Atletiko" isə "Borussiya"nı (2:1) məğlub edib.
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB
0
0