
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Fənərbaxça" və "Qalatasaray" ın oyunlarını idarə edəcək hakimlər bəlli olub.
"Qalatasaray" - "AZ Alkmaar" matçının hakimi
Apasport.az xəbər verir ki, "Qalatasaray" - "AZ Alkmaar" qarşılaşmasını ingilis hakim Antoni Taylor idarə edəcək.
"Qalatasaray" - "AZ Alkmaar" qarşılaşması nə vaxtdır?
Görüş fevralın 20-də Bakı vaxtilə saat 21:45-də start götürəcək.
"AZ Alkmaar" - "Qalatasaray" görüşünün nəticəsi
"AZ Alkmaar" - "Qalatasaray" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
"Anderlext" - "Fənərbaxça" matçının hakimi
"Anderlext" - "Fənərbaxça" görüşü isveçrəli hakim Sandro Şarerə həvalə edilib.
"Anderlext" - "Fənərbaxça" qarşılaşması nə zamandır?
"Fənərbaxça"nın "Anderlext"lə matçının cavab görüşü fevralın 20-də Bakı vaxtilə saat 00:00-da start götürəcək.
"Fənərbaxça" - "Anderlext" görüşünün nəticəsi
Qeyd edək ki, Ülkər stadionunda baş tutan "Fənərbaxça" - "Anderlext" matçı ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB