
Azərbaycan cüdo hakimi Nazim Umbayev növbəti dəfə təyinat alıb.
Azərbaycan Cüdo Federasiyasından apasport.az-a verilən məlumata görə, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-də Fransanın paytaxtı Parisdə keçiriləcək Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.
Nazim Umbayev 2017-ci ildə B kateqoriyalı, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir.
Nazim Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu yerdədir.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar