Balabəy Ağayev Avropa çempionatında finala yüksəlib
25.04.2024 - 17:36

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, milli üzvü yarımfinalda Fransa təmsilçisi Sedrik Revola qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə Fransisko Qarriqosla (İspaniya) üz-üzə gələcək.
Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldızın (Türkiyə) müqavimətini qırmağa çalışacaq.
Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə qüvvəsini sınayacaq. Bu gün tatamiyə çıxan digər 4 idmançı isə medal şanslarını itirib.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0