Bu gün komanda yarışlarına start veriləcək
01.12.2024 - 10:42

Bu gün cüdo üzrə Azərbaycan çempionatına yekun vurulacaq.
Apasport.az xəbər verir ki, komanda yarışları keçiriləcək.
Yarışda qadınlar arasında 7 komanda 5 çəkidə - 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq dərəcələrində mübarizə aparacaqlar. Kişilər arasında isə 9 komanda kubok uğrunda qüvvəsini sınayacaq. Onlar 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar.
Qeyd edək ki, çempionatın ilk iki günündə şəxsi yarışlarda qaliblər müəyyənləşib.
- Cüdoçularımızdan Avropa Kubokunda 6 medal
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
0
0